...

Deputat: Azərbaycanda dinc sakinin qətlə yetirilməsi Ermənistanın təcavüzkar dövlət olduğunu bir daha göstərir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Oktyabr 2019 15:33 (UTC +04:00)
Mülki şəxs Abı­şov Səfərəlinin həyatını itirməsi bir daha Ermənistanın təcacvüzkar bir dövlət olduğunu göstərir.
Deputat: Azərbaycanda dinc sakinin qətlə yetirilməsi Ermənistanın təcavüzkar dövlət olduğunu bir daha  göstərir

Bakı. Elçin Mehdiyev – Trend:

Erməni hərbçilərinin Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan ekskavato­ru atəşə tutması və nəticədə ekskavatorun sürücüsü - mülki şəxs Səfərəli Abı­şovun həyatını itirməsi Ermənistanın təcavüzkar dövlət olduğunu bir daha göstərir.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Ermənistan rəhbərliyi guya sülh tərəfdarı olduğunu bəyan etsə də, təcavüzkar siyasətlərini yenə də həyata keçirir: “Hər gün atəşkəs ermənilər tərəfindən pozulur. Bir çox hallarda atəşkəsin pozulması insan ölümü, şəxsi mülkiyyətə ziyan dəyməsi ilə nəticələnir. Səfərəli Abışovun qətlə yetirilməsi növbəti təcavüzdür, sülh danışıqlarına, münaqişənin həllinə əngəl törədən bir haldır. Dinc sakinlərə açılan atəş göstərir ki, Ermənistan hələ də özünün çirkin siyasətini davam etdirir”.

Deputat təəssüflə vurğulayıb ki, beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupu Azərbaycanın dinc sakininin ermənilər tərəfindən qətlə yetirilməsinə lazımi şəkildə reaksiya vermirlər: “Dinc sakinin erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi pislənilməlidir, bununla bağlı beynəlxalq təşkilatlar qəti mövqe ortaya qoyulmalıdırlar”.

Xatırladaq ki, ötən gün saat 16:55 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan ekskavato­rumuz düşmən tərə­findən atə­şə tutulub. Nə­­ti­cə­də, ekskavatorun sürücüsü mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu güllə yarası al­ıb.

Hadisə yerində dərhal mümkün tibbi yar­dım gös­tə­ril­mək­­lə yaralının təcili təxliyəsi təmin olunub, görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün ol­­ma­­yıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti