...

Avropa Şurasının Baş katibi: Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə nail olmaq vacibdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Oktyabr 2020 15:26 (UTC +04:00)
Avropa Şurasının Baş katibi: Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə nail olmaq vacibdir

Bakı. Nərgiz Sadıxova - Trend:

Ciddi humanitar böhranın qarşısını almaq üçün, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə nail olmaq vacibdir.

Trend-in məlumatına görə, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç deyib.

O bildirib ki, Dağlıq Qarabağda silahlı münaqişə kəskinləşdikcə dinc sakinlər arasında qurbanların sayı artır:

“Mən hərbi əməliyyatların qurbanı olan çoxlu sayda insanın, o cümlədən dinc sakinlərin ölümündən təəssüflənirəm. Heç bir siyasi fikir qadın, uşaq və kişilərin əzablarına haqq qazandıra bilməz. Mən münaqişə tərəflərini döyüş əməliyyatlarını dərhal dayandırmağa və Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi tədbirləri icra etməyə çağırıram. Ciddi humanitar böhranın qarşısını almaq üçün danışıqlar masasında həll yolu tapmaq lazımdır”.

Baş katib, həmçinin bu istiqamətdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinə dəstəyini təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti