...

Samuel Kliger: Azərbaycanın işğal olunmuş əraziləri üzərində nəzarəti bərpa etməsi həm Azərbaycan, həm də erməni xalqının xeyrinə olacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2020 13:33 (UTC +04:00)
Samuel Kliger: Azərbaycanın işğal olunmuş əraziləri üzərində nəzarəti bərpa etməsi həm Azərbaycan, həm də erməni xalqının xeyrinə olacaq

Bakı. Nərgiz Sadıxova - Trend:

Azərbaycanın öz işğal olunmuş əraziləri üzərində nəzarəti bərpa etməsi həm Azərbaycan, həm də erməni xalqının xeyrinə olacaq.

Bunu Trend-ə Yəhudi hüquq müdafiə təşkilatının Rusiya və Avrasiya üzrə direktoru Samuel Kliger deyib.

O bildirib ki, ABŞ-da Ermənistanla Azərbaycan arasında münaqişənin gərginləşməsini narahatlıqla izləyirlər:

“Biz də dünya ictimaiyyəti kimi atəşi dayandırmağa, münaqişəni sülh yolu ilə tənzimləməyə çağırırıq. Eyni zamanda biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, eləcə də özünümüdafiə və Ermənistan tərəfindən işğal edilən ərazilər üzərində nəzarəti bərpa etmək hüququnu tanıyırıq. Bu cür nəticə həm Azərbaycan, həm də erməni xalqının xeyrinə olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti