...

Piter Teys: Ermənistanın Gəncəni atəşə tutması Hitlerin Varşavanı bombalamasına bərabərdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Oktyabr 2020 16:07 (UTC +04:00)
Piter Teys: Ermənistanın Gəncəni atəşə tutması Hitlerin Varşavanı bombalamasına bərabərdir

Bakı. Trend:

Gəncənin erməni qoşunları tərəfindən atəşə tutulması 1939-cu ildə Hitlerin Varşavanı bombalamasına bərabərdir.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, humanitar xarakterli atəşkəs razılaşmasının əldə olumasına baxmayaraq, erməni qoşunları rəsmi Yerevanın terrorçu fəlsəfəsinə uyğun olaraq həmin rejimi pozdu:

"Elə həmin gün Azərbaycan bir neçə artilleriya atəşinə məruz qaldı. Oktyabrın 11-də səhər isə Gəncə erməni raketləri və kasset bombaları ilə atəşə tutuldu".

Ekspert bildirib ki, Ermənistanın qeyri-insani davranışları və təxribatları növbəti dəfə Azərbaycanın suveren ərazilərinin hərbi yolla işğaldan azad edilməsinin vacibliyini vurğulayıb:

"Təəccüblü deyil ki, Avropa İttifaqı ölkələri, Avropa Şurası Parlament Assambleyası, Avropa Şurası və ABŞ Dövlət Departamenti bu ciddi böhranın siyasi və dinc həllində mövcud deyil. Mən əminəm ki, Avropa Yerevanın avtokratik rəhbərliyini, terror aktlarını, Azərbaycanın iri şəhərlərinə və mülki obyektlərinə raket atəşələrini pisləməklə vaxtında hərəkət etməsə, gələcək aylarda bunun geosiyasi fəsadları ilə üz-üzə qalacaq. Avropa dövlətləri və Vaşinqtonun rəsmi bəyanatları ümumi, ikimənalı və səmərəsiz xarakter daşıyır".

P.Teys əlavə edib ki, beynəlxalq ictimaiyyətin biganəliyi fonunda Azərbaycan Silahlı Qüvvələrinin ardıcıl fəaliyyəti Ermənistan tərəfindən terror təhlükəsinin qarşısının alınması və Avropada və Qafqazda sülh və sabitliyin təmin olunması üçün yeganə yoldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti