Qarabağlı toxucular Füzuli filialının yaradılmasının ildönümünü qələbə bayramı ərəfəsində böyük coşqu ilə qeyd edirlər (FOTO)

Qarabağlı toxucular Füzuli filialının yaradılmasının ildönümünü qələbə bayramı ərəfəsində böyük coşqu ilə qeyd edirlər (FOTO)

Bakı. Trend:

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Füzuli rayonunun Horadiz şəhərində fəaliyyət göstərən filialı 2016-cı ilin noyabr ayının 12-də istifadəyə verilib. Səhmdar Cəmiyyətin ilk filialı olan bu xalça istehsalı emalatxanasında 80-dən çox toxucu çalışır.

Kollektiv filialın fəaliyyətə başlamasının 4-cü ildönümünü əlamətdar bir dövrdə - işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad edildiyi bir ərəfədə qələbə ruhu ilə qeyd edir. Onlar Prezident İlham Əliyevin bu filialın açılış mərasimində iştirak etdiyi günü həyatlarının ən xoş günlərindən biri kimi heç vaxt unutmayacaqlar.

“Prezident, Ali Baş Komandan cənab İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən hərbi hissədə yaradılan şəraitlə tanış olandan sonra bizim filialın açılış mərasimində iştirak etdi. Və biz elə həmin tədbirdə bir daha əmin olduq ki, doğma yurd yerlərimizin işğaldan azad edilməsinə çox az qalıb. Həmin vaxtdan 4 il keçib. Budur, artıq Füzuli şəhərində Azərbaycan bayrağı dalğalanır, Füzuli rayonu işğaldan azad edilib”,– toxucu Nərminə Aslanova belə deyib. O, əlavə edib ki, bu gün bütün toxucuların sevincinin həddi-hüdudu yoxdur. Çünki 27 illik bir həsrətə son qoyulub. Bu emalatxanada toxunan hər bir xalçada, vurulan hər ilmədə bir nisgil var idi – Füzuli nisgili. Sanki toxuduğumuz Qarabağ xalçaları da o yerlərin xiffətini çəkirdi. Müzəffər Ali Baş Komandanımız və Ordumuz həm Qarabağlı toxucuların, həm də Qarabağ xalçalarının üzünü güldürüb. Bunun üçün möhtərəm Prezidentimizə, qəhrəman əsgər və zabitlərimizə nə qədər minnətdarlıq etsək, yenə də azdır.

Filialın direktoru Gülnarə Hacıyeva bildirib ki, fəaliyyətə başladığı vaxtdan indiyədək xalça fabrikində 1734 kavadratmetr 462 xalça toxunub. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin sakinləridir. Rayonun Horadiz şəhərindən, Zobucuq qəsəbəsindən, Bala Bəhmənli, Böyük Bəhmənli, Araz Yağlıvənd kəndlərindən olan toxucular daha çoxdur. Xalçaçılar müxtəlif ölçülü 43 dəzgahda çalışırlar. Toxucuların rahatlığının təmin olunması üçün fabrikdə lazımi şərait yaradılıb, filiala "Hyundai" markalı avtobus verilib. Horadiz şəhərindəki xalça istehsalı emalatxanasında əsasən Qarabağ qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir.

Filial direktoru deyib: "Azərxalça" fəaliyyətə başladığı gündən klassik Azərbaycan xalçalarının yenidən istehsalında maraqlı olduğundan Füzuli filialının ilk məhsulları məhz belə xalçalar olub. Burada istehsal edilən ilk xalçalardan birinin xalçaçılıq tariximizdə mühüm yer tutan qədim "Əjdahalı" çeşnisi əsasında toxunması təsadüfi deyildi. Çünki Qarabağın klassik xalçaları içərisində bu nümunənin özünəməxsus yeri vardır. Azərbaycan xalçaçılıq tarixinin ən qədim örnəklərindən olan "Əjdahalı" xalçalar əsasən 16-17-ci əsrlərdə toxunub. Bu xalçanın qədim nümunələrinə dünyanın məşhur incəsənət muzeylərində və şəxsi kolleksiyalarda rast gəlmək mümkündür. 2017-ci ildə filialımızda Fransanın Paris şəhərində bir şəxsi kolleksiyada saxlanılan, 18-ci əsrə aid "Əjdahalı" xalçanın çeşnisi əsasında yeni xalça istehsal edilib”.

Füzuli filialında peşəkar toxucuların rəhbərliyi altında keyfiyyətli xalçalar toxunur. Bu xalça emalatxanasında istehsal edilən məhsullar indi “Azərbaycan brendi” kimi xarici bazarlara çıxarılır. Yaxın vaxtlarda biz beynəlxalq xalça bazarında yüksək keyfiyyətlə toxunan Azərbaycan xalçalarına, eləcə də Qarabağ xalçalarına artan tələbatın şahidi olacağıq.

Bu gün dünyanın məşhur muzeylərinin, şəxsi kolleksiyalarının bəzəyinə çevrilən Qarabağ xalça örnəkləri qədim Azərbaycan mədəniyyətini layiqli şəkildə təmsil etməkdədir. Füzuli filialının toxucuları həmin xalçaların çeşniləri əsasında da yeni sənət əsərləri yaradırlar. “Azərxalça”nın Füzuli filialının yaradılması imkan verib ki, Qarabağ xalçaları yaşadılsın, yenə də dünya muzeylərinin bəzəyinə çevrilsin.

“Azərxalça”nın ilk filialının məhz Qarabağda – Füzuli rayonunun Horadiz şəhərində istifadəyə verilməsi Azərbaycanın düşmənlərinə verilən ciddi mesaj idi. Bununla bir daha bütün dünyaya göstərdik ki, Qarabağ Azərbaycandır, Azərbaycan milli dəyərlərinə, tarixi ənənələrinə sahib çıxmaq, belə fabriklər yaratmaq qüdrətindədir. Qarabağda - Füzuli rayonunun Horadiz şəhərində, Ağdamın Quzanlı qəsəbəsində xalça istehsalı emalatxanalarının yaradılması Qarabağlı toxucuların tezliklə doğma yurdlarına qayıdacaqlarına inamını daha da artırdı. Onların qəti qələbəyə olan inam və ümidləri cücərdi. İndi Horadizdəki emalatxananın işğaldan azad edilmiş yaşayış məntəqələrindən olan toxucuları Füzuli şəhərində yaradılacaq fabrikdə çalışacaqları günü səbirsizliklə gözləyirlər.

Azərbaycan məhsulları Dubayda "Gulfood 2021" sərgisində nümayiş etidirilir
Azərbaycan məhsulları Dubayda "Gulfood 2021" sərgisində nümayiş etidirilir
Türkiyədən Azərbaycana avtomobil ixracı azalıb
Türkiyədən Azərbaycana avtomobil ixracı azalıb
"Bitcoin"in qiyməti ilk dəfə 55 min dolları keçib
"Bitcoin"in qiyməti ilk dəfə 55 min dolları keçib
Loading Bars
Xəbər lenti
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb (FOTO)
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib (FOTO)
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib
ATƏT Azərbaycanın azad edilmiş ərazilərində vasitəçilik missiyalarını təşkil etməyə hazırdır
Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu
Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə
Yelo bankdan hamıya 14.9% ilə nağd kredit
MDU-da “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib (FOTO)
Şaxtadan qorunmaq üçün qurulan çadırlara 200-ə yaxın vətəndaş üz tutub - Trend TV
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib (FOTO)
Paşinyanın bəyanatı Rusiyanın hərb sənayesinə zərbə vurmaq niyyətini güdür - Siyasi şərhçi
Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək
Bakı və Sumqayıtda temperatur yüksəlib - FAKTİKİ HAVA
Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
UNEC-də Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq tədbir keçirilib (FOTO)
Azərbaycana gələn türkiyəli mütəxəssislər 520 nəfərə yardım edib
Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam
Prezident İlham Əliyev: Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir
Azərbaycan Prezidenti: Müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirilirdi
Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək
Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır
Azərbaycan Prezidenti: Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı
Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
Prezident İlham Əliyev: Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb
Prezident İlham Əliyev: Biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq, bunu heç gizlətmirdik
Azərbaycan Prezidenti: AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi
Prezident İlham Əliyev: Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır
Pakistan şirkətlərinin işğaldan azad olunan ərazilərin bərpasına cəlbi müzakirə edilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir
Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi (FOTO)
Ermənistanın güc strukturları çevriliş cəhdi ilə bağlı bəyanat yaydı
“Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi
Silk Way West Airlines tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır
Cəbrayılda daha bir nəfər minaya düşdü
Yerevan səmasında qırıcılar göründü (VİDEO)
Dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq
Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa edildi
Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir - Kamaləddin Qafarov
“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” filmi təqdim edilib (VİDEO)
AzTV-də "Qətl planı" - Tarixi qətllər araşdırılacaq (FOTO/VİDEO)
İranda 94 nəfər koronavirusdan ölüb
Ermənistan növbəti çevriliş astanasında - Əhali küçələrə axışır (VİDEO)
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib (FOTO)
Mediada zəruri islahatlar: Yenilikçi, yaradıcı, qərəzsiz medianın formalaşması üçün nələr edilməlidir? – ŞƏRH
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib (FOTO)
Möhtəşəm Triumf Palace layihəsində sərfəli şərtlərlə mənzillər əldə edə bilərsiniz (FOTO)
Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)
Sabah hava yağmursuz olacaq
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO/VİDEO)
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ukraynada dəyirmi masa keçirilib (FOTO)
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Xocalı soyqırımı qurbanlarının qisası alındı - Deputat
Küveyt mediasında Xocalı soyqırımı barədə məqalələr dərc olunub
Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA
Azəbaycanlılar Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar
Azərbaycanda 207 mindən çox insan koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
ÜST bölgələrdə işləyən tibb işçiləri üçün təlimlər keçirir
“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
Nazirlikdən İTV-də polisin fəaliyyətinin tənqid edilməsi ilə bağlı AÇIQLAMA
Qarda yıxılaraq xəsarət alanların sayı artıb (ƏLAVƏ OLUNUB)
Xəzər dənizinin Azərbaycan sektorunda ən sərt qış mövsümü 97 il əvvəl olub - Coğrafiya İnstitutu
"Xocalı soyqırımını unutma!" mövzusunda videokonfrans təşkil edilib (FOTO)
Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Çörəyin qiymətinin artması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb
Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra saxlanıldı
Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən virtual elmi konfrans keçirilib (FOTO)
Şamaxıda qanunsuz ov edən şəxslər saxlanılıb
Paşinyan Baş qərargah rəisini vəziəsindən azad etdi (ƏLAVƏ OLUNUB)
Ağdamda qardaş qardaşı bıçaqlayıb (FOTO)
Ermənistanda hərbi çevrilişə cəhd - Paşinyan tərəfdarlarını meydanlara çağırdı
Azərbaycan XİN-dən Lüksemburq xarici işlər nazirinə cavab
Son 3 gündə 8 kimsəsiz şəxs sığınacağa yerləşdirilib (FOTO)
Bank VTB-nin (Azərbaycan) Visa Platinum kart istifadəçiləri üçün xüsusi yaz təklifi
Sabahdan havanın temperaturu yüksələcək
BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
Gəncədə qarın təmizlənməsinə başlanıb (FOTO)
1915-ci il hadisələri və Xocalı soyqırımını anlamaq - Gerçək tarixin müzakirəsi
Moskvada Azərbaycan restoranına hücum edən ermənilərə hökm oxunub
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 3 nəfər saxlanıldı (FOTO)
GUAM Katibliyi Xocalı soyqırımının qurbanlarının xatirəsini anıb
Xaçmazın kəndlərində internet avadanlıqlarının modernləşdirilməsi davam edir - Nazirlik
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi səmərəli fəaliyyəti ilə Azərbaycanın haqq işinə dəstəkdir - Naqif Həmzəyev
London və Edinburqda "Xocalıya ədalət!" lövhələri quraşdırılıb (FOTO)
Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq - Mustafa Şentop
Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir - Türkiyə parlamentinin sədri
Kiyevdə Xocalı soyqırımı barədə sənədli film təqdim edilib (FOTO)
Ombudsman Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvləri ilə görüş keçirib (FOTO)
Bakıda keçmiş məhkum avtomatla yaxalandı (FOTO/VİDEO)
Yerevanda etirazçılar yolları bağladı (VİDEO)
Bütün xəbərlər