...

Rafael İbrahimov: Böyük Britaniya Azərbaycanın ərazi bütövlyünü və münaqişənin sülh yolu ilə nizamlanmasını dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2006 14:01 (UTC +04:00)

Böyük Britanyia ATƏT-in Minsk Qrupu kontekstində danışıqlar prosesini dəstəkləyir və Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Rafael İbrahimov BBSRusiian xidmətinə müsahibəsi zamanı Trend in müxbirinin sualını cavablandırarkən bəyan edib.

Onun sözlərinə görə, Münaqişə məsələsində Birləşmiş Krallığın mövqeyi bu ölkə tərəfindən dəqiq müəyyən edilib. Səfir bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan bu ölkə 1993-cü ildə bu təşkilat tərəfindən qəbul edilən bütün 4 qətnaməni (822, 853, 874 və 884 saylı ) dəstəkləyir və hətta onlardan birinin qəbul zamanı sədrlik də edib.

"London danışıqlar prosesini diqqətlə izləyir və münaqişənin sülh yolu ilə tezliklə həllini dəstəkləyir. Böyük Britanyia ATƏT-in Minsk Qrupunun üzvü deyil. Britanyia hökumətinin xüsusi elçisi ser Brayan Foll mütəmadi olaraq regiona səfərlər edir və Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla məsələlərin geniş spektri üzrə fikir mübadiləsi aparır. Münaqişənin lap əvvəlindən London Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb və bu mövqeyə sadiq qalıb", -deyə Azərbaycanın Böyük Britaniyadakı səfiri bildirib.

Münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində Böyük Britaniyanın fəaliyyətinin Minnsk Qrupu vasitəsilə fəallaşmasının mümkünlüyünə toxunan səfir bildirib ki, Azərbaycan istənilən ölkə, xüsusilə də Böyük Britanyia kimi nüfuzlu bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün səylərin intensivləşdirilməsini alqışlayardı.

Xəbər lenti

Xəbər lenti