...

Yıldız Dəvəçi: "Ermənilərin Dağlıq Qarabağda törətdikləri soyqırımlar İnsanlığa Qarşı Cinayətləri Araşdırma İnstitutunun diqqət mərkəzindədir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2006 19:48 (UTC +04:00)

"Ermənilərin Dağlıq Qarabağda törətdikləri soyqırımlar İnsanlığa Qarşı Cinayətləri Araşdırma İnstitutunun diqqət mərkəzindədir"

Bu barədə Trend ə Avrasiya Strateji Araşdırmalar Mərkəzinin İnsanlığa Qarşı Cinayətləri Araşdırma İnstitutunun eksperti və yazı işlər müdiri Yıldız Dəvəçi bildirib.

Y.Dəvəçi onu da vurğulayıb ki, təmsil etdiyi institutut 6 ildir ki, yaranıb. Əvvəlki adı Erməni Aşdırmalar İnstitutu idi. İnstitut bir ildir ki, adını dəyişdirib: "Ermənilərin türklərin əleyhinə apardıqları kampaniya ilə bağlı gündəlik bülleten hazırlayıb dünyaya yayırıq". Türkiyəli nümayəndə onu da qeyd edib ki, ermənilərin türklərə qarşı apardığı hər hansı bir kampaniya institutu tərəfindən təhlil edildikdən sonra cavab hazırlanır.

Y.Dəvəçi onu da vurğulayıb ki, institutun apardığı araşdırmalar içərisində ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımlar da yer alıb: "Dağlıq Qarabağ problemi həmişə diqqət mərkəzindədir". Y.Dəvəçi apardıqları son araşdırmalardan da danışıb. Bildirib ki, Andranik Paşanın cani olması ilə bağlı araşdırmalar aparır: "Bakıda da bəzi elm adamları bu şəxsin Qafqazda törətdiyi soyqırımlarla bağlı bilgilər verəcəklər".

Y.Dəvəçi onu da söyləyib ki, Ermənistanda ermənilərlə də görüşüb: "Onlar türklərin erməni soyqırımı törətdiyində israrlıdırlar. Hətta orada Dağlıq Qarabağın bayrağını gördükdə hirsləndim. Erməni-türk münasibətləri ilə bağlı aparılan diskussiyalarda təşvişə düşürlər və heç bir nəticə əldə etmədiklərini görüb bu məsələni qapadırlar". Türkiyəli qonaq onu da bildirib ki, Dağlıq Qarabağ məsələsində təmsil etdiyi institutun məlumatları toplum şəkildə Azərbaycana göndəriləcək. Azərbaycandan isə bu problemlə bağlı yetərincə məlumat alınacaq.

Xəbər lenti

Xəbər lenti