...

Aydın Mirzəzadə: "Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirələr parlamentdə aparıla bilər"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Avqust 2006 12:57 (UTC +04:00)

Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirələrin parlamentdə aparılması təklifi səslənib. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyası sədrinin müavini Aydın Mirzəzadə bildirib.

Millət vəkili bildirib ki, Milli Məclis bu gün prezident İlham Əliyevin Dağlıq Qarabağ məsələsi ilə bağlı prinsipial mövqeyini bəyənir və buna dəstək verməyə hazırdır: "Bu? tək YAP-dan olan deputatların yox, dövlətçilik mövqeyində duran digər deputatların mövqeyidir. Prezidentin Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi gec-tez torpaqlarımızın qaytarılmasına gətirib çıxaracaq".

A.Mirzəzadə bildirib ki, məsələnin parlamentdə müzakirə edilməsi ilə bağlı bir neçə dəfə çıxışlar ediblər: "Əlbəttə, onsuz da məsələdə hər hansı bir şifahi razılaşma əldə edilərsə, saziş imzalanmazdan əvvəl parlamentdə müzakirə ediləcək. Parlament qanunverici orqan kimi məsələyə münasibətini bildirəcək". A.Mirzəzadə onu da qeyd edib ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı parlamentdə aparılacaq müzakirələrdə parlamentdə təmsil olmayan partiya sədrləri və cəmiyyətdə nüfuzu olan siyasilərin də iştirakı istisna edilmir.

Millət vəkili bildirib ki, belə bir təklif səsələnib və onun parlamentdə nə vaxtsa reallaşacağına inanır.

Xəbər lenti

Xəbər lenti