...

Qoşunların təmas xəttində keçirilmiş montiorinq zamanı insident qeydə alınmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2006 16:29 (UTC +04:00)

Sentyabrın 28-də Azərbaycanla Ermənistan arasındakı qoşunların təmas xəttində keçirilmiş montiorinq zamanı insident qeydə alınmayıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Goranboy rayonunun Borsunlu kəndi yaxınlığında keçirilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Jiri Aberle, qarşı tərəfdən isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Miroslav Vimetal və Piter Ki keçirib.

Xəbər lenti

Xəbər lenti