...

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Noyabr 2006 12:14 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələri Cəbrayıl rayonunun işğal altında olan ərazilərdən günün müxtəlif saatlarında Milli Ordunun mövqelərini pulemyotlardan aramsız atəşə tutub. Trend in bölgə müxbiri xəbər verir ki, düşmən cavab atəşi ilə susdurulub. Ölən və yaralanan yoxdur. Qeyd edək ki, həmin ərazilərdə güclü partlayış səsləri də eşidilib. Həmin ərazilərdə yaşayan kənd sakinləri həmin partlayış səslərinin 15-20 dəqiqəyə yaxın eşidildiyini deyir. Partlayışın nə olduğu dəqiq bilinmir.

Xəbər lenti

Xəbər lenti