...

Azərbaycan ombudsmanı azərbaycanlı hərbi əsirin qaytarılması ilə bağlı BQXK-ya müraciət edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Dekabr 2006 19:44 (UTC +04:00)

Azərbaycanın ombudsmanı Elmira Süleymanova 24 dekabr 2006-cı ildə ermənilərə əsir düşmüş azərbaycanlı hərbi əsir, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Samir Məmmədovun qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinə müraciət edib. Bu barədə Trend ə ombudsman aparatından məlumat verilib.

Ombudsman BQXK proqramının koordinatoru Susanna Lopezə məktubla müraciət edib və məktubda Azərbaycan cəmiyyətinin baş verən hadisədən narahatçılıq duyduğunu qeyd edib.

Ombudsman azərbaycanlı hərbi əsirin qaytarılması ilə bağlı səyləri artırmağı, BQXK mandatı çərçivəsində onun işgəncə və insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qalmamasının təmin edilməsinə yardım etməsini koordinatordan xahiş edib.

Xəbər lenti

Xəbər lenti