...

Strasburqda Azərbaycan və Ermənistanın AŞ PA-dakı nümayəndə heyətləri arasında görüş başlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Yanvar 2007 17:15 (UTC +04:00)

Bu gün Bakı vaxtı ilə saat 17.00-da Strasbuqda Azərbaycan və Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətləri arasında görüş keçirilir.

Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva məlumat verib.

Onun sözlərinə görə, bu görüş AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsi çərçivəsində keçirilir.

"Görüşdə Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitənin sədri lord Rassel Conston da iştirak edir. Orada Dağlıq Qarabağ problemi, AŞ PA-nın münaqişə ilə bağlı qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməməsinin səbəbləri və digər məsələlər müzakirə olunur", - deyə Qənirə Paşayeva vurğulayıb.

Xatırladaq ki, AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2005-ci ilin yanvarında qəbul etdiyi qətnamədə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüşlərin keçirilməsi tövsiyyə olunur. Rəsmi Bakı isə belə görüşlərin baş tutmasında maraqlı olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti