...

QAT Xocalıda qətlə yetirilənlərə " soyqırım qurbanları " statusu verilməsini təklif edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2007 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.İlhamqızı/ Azərbaycan parlamenti Xocalı soyqırımı haqqında qanun qəbul etməli, hüquq-mühafiə orqanları soyqırımla bağlı istintaq və məhkəmə işlərini başa çatdırmalıdır. Bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT) Xocalı soyqırımının 15-ci ildönümündə - fevralın 26-da yaydığı bəyanatdandır.

QAT hesab edir ki, Azərbaycanın hüquq-mühafizə orqanları cinayətkarlarla bağlı qiyabi hökmlər çıxarmalı və canilərin öz cəzasına çatması üçün İnterpolun imkanlarından istifadə etməlidir: "Beynəlxalq təşkilatlar isə Xocalı soyqırımını tanımalı, işğalçı Ermənistana sanksiyalar tətbiq eməli, Xocalıda qətlə yetirilmiş insanlara dövlət səviyyəsində xüsusi "soyqırım qurbanı" statusu verilməlidir. Azərbaycan xalqı öz torpaqlarını hərb yolu ilə azad etməlidir", deyə bəyanatda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti