...

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü Cenevrədə baş tuta bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2007 14:39 (UTC +04:00)
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü Cenevrədə baş tuta bilər

Azərbaycan,Bakı/müxbir Trend K.Konırova/ Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü Cenevrədə baş tuta bilər. Bu barədə fevralın 27-də Astanada səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə məlumat verib.

Trend in sualına cavab verən nazir bildirib ki, Ermənistan XİN rəhbəri ilə görüş çox güman ki, mart ayının ortalarında baş tutacaq. Cenevrədə Azərbaycanın da xarici işlər nazirinin iştirak edəcəyi insan haqları üzrə beynəlxalq forum keçiriləcək. Cenevrəyə Ermənistan XİN rəhbəri Vardan Oskanyanın da səfər edəcəyi gözlənilir.

E.Məmmədyarov həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini qazaxıstanlı həmkarı Murat Tajinlə də müzakirə edib.

Xəbər lenti

Xəbər lenti