Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Millət vəkilləri Qənirə Paşayeva və Gülər Əhmədova Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün mayın 4-dən 7-dək Strasburqda səfərdə olacaqlar. Bu barədə cümə axşamı Bakıda Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Tədbirlər Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü və Strasburqda fəaliyyət göstərən "Azərbaycan Evi" təşkilatının dəstəyi ilə keçiriləcək.
Məlumatda qeyd olunub ki, Q.Paşayeva və G.Əhmədova Avropa Şurasının Strasburqda yerləşən iqamətgahının qarşısında keçiriləcək aksiyaya və toplantıya qatılacaqlar, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıracaqlar.
Azərbaycanın qədim mədəniyyət paytaxtı hesab olunan Şuşa şəhəri 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və bu işğal hələ də davam edir.