...

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyul 2007 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələri cümə axşamına keçən gecə saat 01.00-da Ağdam rayonunun Əhmədağalı kəndinin qərbində yerləşən mövqelərindən Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini avtomatlardan atəşə tutublar. Bu barədə cümə axşamı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bir neçə dəqiqə davam edən atəşkəsin pozulması zamanı itki qeydə alınmayıb, düşmən cavab atəşi ilə susdurulub.

Ağdam paytaxt Bakıdan 375 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti