...

Gürcüstanın baş nazirinin Bakıya səfərinin tarixi müəyyənləşib

Siyasət Materials 12 Sentyabr 2007 12:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın baş naziri Zurab Noqaideli sentyabrın 26-27-də Azərbaycana səfər edəcək. Bu barədə Trend ə çərşənbə günü Gürcüstanın Baş nazir aparatından verilən məlumatda deyilir.

Səfər zamanı Gürcüstan hökumətinin başçısı Azərbaycan və Gürcüstan arasında həmsədri olduğu hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasında iştirak edəcək, diplomatik mənbələrin məlumatında belə deyilir.

"Bakı-Tbilisi-Qars" dəmir yol xəttinin reallaşması, Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin artması məsələləri iclas çərçivəsində aparılacaq ikitərəfli danışıqların əsas mövzusu olacaq, mənbənin verdiyi məlumatda belə deyilir.

Səfər çərçivəsində Noqaideli Komissiyanın Azərbaycan tərəfinə başçılıq edən Azərbaycanlı həmkarı Artur Rəsizadə ilə görüşəcək. Baş nazirin, həmçinin, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən də qəbul olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti