...

Prezident: "Bakının təcili tibbi yardım sistemi tam olaraq yenilənəcək"

Siyasət Materials 18 Sentyabr 2007 12:50 (UTC +04:00)
Prezident: "Bakının təcili tibbi yardım sistemi tam olaraq yenilənəcək"

Azərbaycan, Bakı / Trend , müxbir A.İsmayılova/ Yaxın zamanlarda Bakıda təcili tibbi yardım xidməti tam olaraq yenilənəcək. Bu barədə çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev tədris-terapevtik klinikanın təməlqoyma mərasimində bəyan edib. Prezidentin sözlərinə görə, 150 təcili tibbi yardım maşını gətiriləcək, əhali ilə operativ rabitə sistemi yaradılacaq, həmçinin təcili yardım xidməti lazımi tibbi preparatlarla təmin olunacaq.

Yeni binanın tikintisinə toxunaraq prezident Əliyev bildirib ki, prezidentin ehtiyat fondundan ilkin tikinti məqsədilə üç milyon manat ayrılıb. Prezident bildirib ki, gələn il Bakıda Onkoloji Mərkəzin yeni korpusunun açılışı baş tutacaq, ilin sonuna qədər Travmatologiya İnstitutu nəzdində yeni korpus fəaliyyət göstərəcək. Yaxın zamanlarda Urologiya Xəstəxanası nəzdində Böyrəklərin Transplantasiyası Mərkəzinin tikintisi məqsədilə vəsait ayrılacaq, o cümlədən Uroloji Xəstəxananın hazırkı korpusu təmir olunacaq.

Dövlət başçısı həmçinin bəyan edib ki, Dövlət Neft Fondunun xətti ilə 12 müalicə-diaqnostika mərkəzinin açılışı planlaşdırılır ki, bunlardan ikisi artıq Lənkəranda və Naxçıvanda fəaliyyət göstərir. Prezident həmçinin bildirib ki, Bakı kəndlərində yaxın zamanlarda 25 tibbi mərkəz tikiləcək.

Prezident Əliyev qeyd edib ki, təməli bu gun qoyulan yeni binanın tikintisi ilə yanaşı Tibb Universitetinin nəzdində Cərrahiyyə Korpusunun tikintisi məsələsi nəzərdən keçiriləcək. Ümumilikdə 2007-ci ildə təxminən 50 tibbi müəssisə tikiləcək və təmir olunacaq.

Prezident qeyd edib ki, son dörd il ərzində Azərbaycanda tibbi sahəyə ayrılan vəsaitlər 5,4 dəfə (69 mln. manatdan 371 mln. manata qədər) artıb.

Xəbər lenti

Xəbər lenti