...

İranlı politoloq: "İranın "Sepah" hərbi qüvvəsi hazırda ölkə daxilində müxalif qüvvələri aradan qaldırmaqla məşğuldur"

Siyasət Materials 2 Oktyabr 2007 11:58 (UTC +04:00)
İranlı politoloq: "İranın "Sepah" hərbi qüvvəsi hazırda ölkə daxilində müxalif qüvvələri aradan qaldırmaqla məşğuldur"

Azərbaycan, Bakı/ Trend müxbir D.Xatınoğlu/ "Sepah" İran hərbi qüvvəsi ölkə daxilində olan müxalif qüvvələrlə mübarizədə ən güclü silaha çevrilib. "Sepah" hazırda ölkə daxilində olan müxalif qüvvələri aradan qaldırmaqla məşğul olur" - deyə Kanadada fəaliyyət göstərən iranlı politoloq Mustafa Sabir bildirib.

"Sipah"ın sədri general Məhəmmədəli Cəfəri bu günlərdə bildirib ki, ABŞ-in İrana qarşı hədələrinə baxmayaraq, İran xaricdən bir təhlükənin olacağını ciddi qəbul etmir. Cəfəri bildirib ki, hazırda "Sipah"ın strategiyası dini rəhbər Əli Xameneinin verdiyi tövsiyələrə əsasən, ölkə daxilində olan təhdidləri aradan qaldırmaqdır.

Kanadada fəaliyyət göstərən İranlı politoloq Sabir Ottavadan telefonla Trend ə bildirib ki, "Sipah"in yaranışının fəlsəfəsi daxildə olan müxalif qüvvələri aradan qaldırmaqdır: "İran hələlik xarici bir təhdidlə üzləşmir. ABŞ İrana hücum etsə də, İran ərazisini işğal etmək niyyəti olmayacaq. Çünki ABŞ artıq İraq və Əfqanıstanda bataqlığa batıb. ABŞ-in İrana hücumu hakimiyyəti devirmək mahiyyəti daşıya bilməz. Ən uzağı nüvə obyektlərini hədəfə alacaq. Buna görə İran rəsmiləri bu hədələri bir o qədər də ciddi hesab etmir". Sabir daha sonra əlavə edib ki, İranın içində olan müxalif qüvvələrin dövlət çevrilişi etməsi ehtimalı güclənir. Buna görə "Sipah" hazırda daxildə olan aksiyaları, narazı qüvvələrin siyasi fəaliyyətini, mitinqləri və siyasi hərəkatı nəzarətdə saxlamaqla məşğul olur.

Əhməd Zeydabadi oktyabrın 1-də "BBC"yə verdiyi musahibəsində bildirib ki, ABŞ İrana heç bir halda hücum edə bilməz. Hücum etsə də, raket vasitəsilə havadan edəcək, yəni bu baxımdan İran hakimiyyətinə heç bir təhlükə yoxdur. Onun dediklərinə əsasən, İran daxilində "Məxməlr" inqilab çevrilişi hərəkatı barədə yayılan məlumat hakimiyyəti qorxudub. Beləliklə, İran hakimiyyəti "Sipah" hərbi qüvvəsindən istifadə etməklə bu inqilabın qabağını almağa çalışır.

"Sipah" 1980-ci il İranın dini rəhbəri İmam Xomeyni tərfindən ölkə sərhədlərini qorumaq və dövlət çevrilişinin qabağını almaq məqsədilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti