...

QHT-lərlə bağlı yaradılacaq dövlət qurumu Şura adlanacaq

Siyasət Materials 17 Oktyabr 2007 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ QHT-lərə dövlət yardımı ilə bağlı yaradılacaq dövlət qurumu Şura adlanacaq. Bu barədə çərşənbə günü jurnalistlərə Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov açıqlama verib.

Azərbaycan prezidenti İham Əliyev QHT-lərə dövlət yardımını nəzərdə tutan Konsepsiya imzalayıb.

Bir sıra qeyri-hökumət təşkilatları QHT-lərlə iş üzrə Dövlət Komitəsinin yaradılmasını təklif edirlər.

Əli Həsənov bildirib ki, konsepsiyada Dövlət Komitəsinin yaradılmasından söhbət getmir: "Dövlət qurumunun yaradılması ilə bağlı, əsasən, Şura üzərində dayanılıb. QHT-ləri maliyyələşdirmək üçün fondun yaradılması, qrantların paylanması mexanizmləri ilə bağlı yerli və beynəlxalq təşkilatların təkliflərini ümumiləşdirərək ,noyabrın 29-dək dövlət başçısına təqdim edəcəyik"-deyə Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti