...

"Bizim Azərbaycan" bloku müxalifət partiyalarına müraciət edəcək

Siyasət Materials 19 Oktyabr 2007 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ "Bizim Azərbaycan" blokunun sədri, Türk Millətçi Partiyasının başqanı Vüqar Bəyturan müxalifətdaxili qarşılıqlı ittihamlara son qoyulması məqsədilə, müxalifət partiyalarına müraciət edəcək. Bu barədə cümə günü Bəyturan açıqlama verib.

O bildirir ki, gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar müxalifət daxilində münasibətlər gərginləşib, artıq indidən müxalifət liderləri və funksionerləri bir-birinin ünvanına ittihamlar irəli sürürlər.

Bəyturan, buna yol verilməməsi üçün, müxalifət partiyalarına müraciət etmək qərarına gəlib. O, hesab edir ki, seçkilərdə iştirak edəcək liderlər bir-birlərinə qarşı ittihamlarla çıxış etməməli, ümummüxalifət birliyini formalaşdırmalı, yalnız iqtidarı hədəf seçməlidirlər.

"Bizim Azərbaycan" bloku təklifini reallaşdırmaq üçün, ilk olaraq, Azərbaycan Yolu Siyasi Hərəkatı və Demokratiya Uğrunda İttifaqla birgə iş aparacaq.

Müxalifətyönlü "Bizim Azərbaycan" blokunda 8 partiya təmsil olunur.

Xəbər lenti

Xəbər lenti