...

Azərbaycanın seçki qanunvericiliyinin təkmilləşdirilməsinə dair müzakirələrin vaxtı dəqiqləşib

Siyasət Materials 29 Oktyabr 2007 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycanın seçki qanunvericiliyinin təkmilləşdirilməsinə dair Avropa Şurası Venesiya Komissiyasının təşkilatçılığı ilə Bakıda keçiriləcək müzakirələr iki gün davam edəcək. Bu barədə bazar ertəsi Trend ə açıqlamasında "Azərbaycan Naminə" İctimai Forumun prezidenti, politoloq Eldar Namazov məlumat verib.

"Tədbir noyabrın 7-8-də keçiriləcək", -deyə Namazov əlavə edib.

Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi məqsədilə hakimiyyətin və Avropa Şurası Venesiya Komissiyasının birgə təşkilatçılığı, siyasi partiyaların iştirakı Bakıda geniş tərkibli müzakirələr təşkil olunacaq. Azərbaycanın müxalifət partiyaları Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı ayrı-ayrılqda təkliflər layihəsi hazırlayıblar. Müxalifətin irəli sürdüyü əsas teziz seçki komissiyalarının iqtidar və müxalifət təmsilçilərinin iştirakı ilə paritet əsaslarla formalaşdırılmasıdır.

Xəbər lenti

Xəbər lenti