...

Bakıda polislərə silahlı basqınla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb-prokuror müavini

Siyasət Materials 21 Noyabr 2007 13:05 (UTC +04:00)
Bakıda polislərə silahlı basqınla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb-prokuror müavini

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli, İ.Əlizadə/ Bakıda polislərə silahlı basqınla bağlı Azərbaycan Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, çərşənbə günü jurnalistlərə Səbayel rayon prokurorunun müavini Elçin Sultanov bildirib.

Bu gün Bakının Səbayel rayonunda qətl hadisəsi törədilib. Paytaxtın 20-ci sahəsində, Səbayel rayonunun 8-ci polis şöbəsinə daxil olan odlu silahla silahlanmış şəxs atəş açaraq polis əməkdaşı İmdad Nəzərovu yaralayıb və həmin vaxt məntəqədə olan makler Müslim Cəbrayılovu isə qətlə yetirib. Daha sonra cinayətkar sahə müvəkkili Zakir Sadıqovun evinə gedərək sahə müvəkkilini və onun həyat yoldaşını yaralayıb.

Sultanov bildirib ki, cinayət hadisəsi səhar saat 11.30 radələrində "Makar" tipli tapança ilə törədilib. Prokuror müavinin sözlərinə görə, qətlə yetirilən makler işlə bağlı Sahə Müvəkkiliyinə gəlibmiş.

Hadisənin törədilmə səbəbi və cinayətkarın şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Xəbər lenti

Xəbər lenti