...

Sülhü Avropa İttifaqı ilə münasibətlərin əsası kimi kimi qəbul etmək lazımdır- Azərbaycanın XİN rəhbəri

Siyasət Materials 23 Noyabr 2007 18:27 (UTC +04:00)
Sülhü Avropa İttifaqı ilə münasibətlərin əsası kimi kimi qəbul etmək lazımdır- Azərbaycanın XİN rəhbəri

Latviya, Riqa / Trend , müxbir N. Kuznetsova/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Riqada keçirilən "Baltik ölkələri və Avrorpa İttifaqının Qonşuluq Siyasəti" konrfansında çıxışında bildirib ki, Sülhü Avropa İttifaqı ilə münasibətlərin əsası kimi kimi qəbul etmək lazımdır.

Riqada keçirilən "Baltik ölkələri və Avropa İttifaqının Qonşuluq Siyasəti" Beynəlxalq konrfansı Aİ-nin Qonşuluq Siyasətinin əsasında dayanan ümumi Avropa dəyərlərinin müəyyənləşdirilməsi ilə başlanıb.

Azərbaycanın xarici işlər naziri Məmmədyarov başlıca Avropa dəyərlərinin mühümlüyünü vurğulayıb. Nazirin sözlərinə görə, "adından da görundüyü kimi, qonşuluq müəyyən bir şəxsin və onun qonşularının olması deməkdir ki, həmin şəxs də öz qonşularını müəyyən edir". Məmmədyarovun sözlərinə görə, 90-cı illərdə Aİ Mərkəzi və Şərqi Avropa ölkələri ilə tərəfdaşlığa dair razılaşma imzalayıb və bu sənəd yuxarıda qeyd olunan ölkələrə tərəfdaş statusunu təklif edib. "Bu ölkələrin bir çoxu artıq Aİ-yə daxil olub, digərləri isə, Avropa Qonşuluq Siyasətinə qoşulub, buradan belə bir sual meydana çıxır, Avropa Qonşuluq Siyasəti onlara Aİ ilə daha sıx əməkdaşdlıq gətirəcəkmi?" - deyə Məmmədyarov belə bir sualla çıxış edib.

Avropa parlamentinin vitse-prezidenti Diana Vallis konfransın açılışdındakı çıxışında Aİ-nin iştirakçı dövlətlərinin qonşularının can atdığı ümumi dəyərləri nəzərə çatdırıb. Onun sözlərinə görə, əsas dəyərlər azad ticarət rejimində ümumi bazarda sülh, beynəlxalq hüquqa hörmət və iqtisadi çiçəklənmənin hökm sürməsidir. Vallis Baltik ölkələrinin təcrübəsinə və bu ölkələrin Aİ Qonşuluq Siyasətinə töhfə vermək arzusuna xüsusi diqqət ayırıb. "Baltik ölkələrinin Avropa İttifaqına daxil olmaq təcrübəsi var, biz bu təcrübəni şərq regionlarına də şamil edə bilərik, lakin bu siyasət sırınmamalı, qəbul olunmalıdır. Mən istəməzdim ki, bizim fəaliyyətimiz siyasət və strategiyamızın zorla qəbul etdirilməsi kimi başa düşülsün" - deyə Vallis qeyd edib.

Xəbər lenti

Xəbər lenti