...

Rusiyanın Gürcüstandan çıxarılan hərbi texnikasının Ermənistanda yerləşdirilməsi Bakıda müzakirə olunacaq

Siyasət Materials 27 Noyabr 2007 11:31 (UTC +04:00)
Rusiyanın Gürcüstandan çıxarılan hərbi texnikasının Ermənistanda yerləşdirilməsi Bakıda müzakirə olunacaq

Azərbaycan, Astana / Trend müxbir K.Konırova/ Rusiyanın Gürcüstandan çıxarılan hərbi texnikasının Ermənistan ərazisində yerləşdirilməsi rəsmi Bakını narahat edir. "Gürcüstandan çıxarılan hərbi texnikanın Ermənistanda yerləşdirilməsi məsələsi bu gün Rusiyanın müdafiə naziri ilə görüşdə müzakirə olunacaq" bazar ertəsi Müstəqil Dövlətlər Birliyinin (MDB) müdafiə nazirlərinin Astanada keçirilən toplantısından sonra keçirilən mətbuat konfransında Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bildirib.

Rusiya Gürcüstandan çıxardığı hərbi texnikanın 70 faizini Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasında yerləşdirib. Noyabrın 16-da Gümrü hərbi bazasına Gürcüstandakı keçmiş 12-ci bazadan sonuncu rus dəmiryol eşelonu göndərilib. 102-ci rus bazasının komplektləşdirilməsi məqsədilə Gümrüyə 200 tona yaxın hərbi texniki əmlak çatdırılıb.

Rusiyanın müdafiə naziri Anatolı Serdnyukovun bu gün Azərbaycana rəsmi səfəri başlanır. Görüşlərdə Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Serdnyukov səfər çərçivəsində Qəbələ Radiolokasiya Stansiyasına da baş çəkəcək.

Əbiyev bildirib ki, Azərbaycan Rusiya hərbi texnikasının Ermənistanda yerləşdirilməsini pisləyir.

Xəbər lenti

Xəbər lenti