...

İran yalnız nüvə silahı əldə etməyə can atmır, həm də qərb sivilizasiyasını təhdid edir - israilli nazir

Siyasət Materials 3 Dekabr 2007 14:54 (UTC +04:00)
İran yalnız nüvə silahı əldə etməyə can atmır, həm də qərb sivilizasiyasını təhdid edir - israilli nazir

İsrail, Yerusəlim/ Trend müxbir R.Abdullayev/ İsrailin strateji planlaşdırma naziri Aviqdor Liberman "The Jerusalem Post" qəzetinə verdiyi müsahibədə ABŞ-ın Milli Kəşfiyyat Xidmətinin İranın 2003-cü ildə hərbi nüvə proqramını dondurması haqqında gəldiyi nəticələrin ədalətli olmasına şübhə ilə yanaşıb. Bundan əlavə, İsrailin baş nazirinin müavini bu hesabatın heç bir şeyi dəyişmədiyini və hər bir halda Mahmud Əhmədinejad rejiminə beynəlxalq sanksiyalar vasitəsilə təzyiq göstərməyin vacib olduğunu qeyd edib.

"Əslində onların (iranlılar) nə vaxt bomba (atom) əldə edəcəklərini heç kim bilmir. Hesabat heç bir dəyişikliyə gətirməyəcək" Liberman bildirib. O, İranın yalnız nüvə silahı əldə etməyə can atmadığını bildirib və İranın HƏMAS, "İslam cihadı", "Hizbulla" və NATO-nun İraqda və Əfqanıstandakı hərbi qüvvələrinə hücum edən qruplaşmaları dəstəkləməklə qərb sivilizasiyasını təhdid etdiyini xatırladıb. Bununla yanaşı, Liberman Rusiyanın "Suriyanı İsrailə təhlükə yaradacaq qabaqcıl texnologiya ilə təmin etmək" qərarını tənqid edib. O, həmçinin RF prezidenti Vladimir Putinin Suriyaya hücum deyil, yalnız müdafiə sistemləri satmaq haqqında sözünə əməl etdiyini qeyd edib. Liberman İrana qarşı sanksiyalar siyasətindən fəal hərbi əməliyyatlara nə zaman keçiləcəyi barədə suala cavab verməkdən imtina edib. "Ümid edirəm ki, diplomatik səylər işləyəcək və onlara atom bombası almağa mane olacaq. Diplomatik metod Liviya və Şimali Koreyada işləyib və biz ümid edirik ki, bu İranla da işləyəcək. Əgər bu baş verməsə, biz müzakirə edəcək və lazım olan qərarı qəbul edəcəyik" - İsrailin strateji planlaşdırma Naziri "The Jerusalem Post" qəzetinə müsahibəsində bildirib.

Xəbər lenti

Xəbər lenti