...

Belarus Azərbaycana kosmosun birgə öyrənilməsini təklif edir

Siyasət Materials 6 Dekabr 2007 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Belarus Azərbaycana kosmosun birgə öyrənilməsini təklif edir. Azərbaycan və Belarus arasında olan ümumi elmi-texniki əməkdaşlıq proqramı çərçivəsində ölkələr kosmik informasiya-kommunikasiya sistemlərinin işlənilməsində əməkdaşlıq edə bilərlər. Bu barədə cümə axşamı jurnalistlərə Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç məlumat verib. Onun sözlərinə görə, Belarus artıq çoxdandır ki, kosmik obyektlərin idarə edilməsi mərkəzinin yaradılması üzərində işləyir. Bu gün ölkə bu layihəni Ukrayna və Rusiya ilə birgə həyata keçirir. Səfir Azərbaycanın da bu layihəyə qoşula biləcəyini bildirib. Mümkün əməkdaşlığı müzakirə etmək üçün növbəti il Bakıda elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Belarus şurasının birinci iclası keçiriləcək. Səfir şuranın bu sahədə yeni elmi işlərin keçirilməsi məsələlərini müzakirə edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti