...

Bakıda FHN əməkdaşlarının peşə bayramına həsr olunmuş mərasimə hazırlıq görülüb (video)

Siyasət Materials 16 Dekabr 2007 18:51 (UTC +04:00)
Bakıda FHN əməkdaşlarının peşə bayramına həsr olunmuş mərasimə hazırlıq görülüb  (video)

Azərbaycan, Bakı / Trend / Bu gün saat 16.00-da Azadlıq meydanında və Milli Parkın ərazisinin bir hissəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının peşə bayramına həsr olunmuş mərasimə hazırlıq görülüb. Nazirlik əməkdaşları xilasedici işlərinin müxtəlif sahələrində öz bacarıqlarını nümayiş etdiriblər. Onlar fövqəladə hallar zamanı doğru addım atmaq bacarığını göstəriblər. Xilasedicilərin hazırlıq çıxışlarının gedişatını Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin rəhbəri Kəmaləddin Heydarov izləyib.

Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramına həsr olunmuş rəsmi mərasim sabah, dekabrın 17-də keçiriləcək. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyevin iştirak edəcəyi gözlənilir.

2006-cı ilin dekabrın 9-da dövlət başçısı müvafiq fərman verib. Həmin fərmana uyğun olaraq hər il dekabrın 16-sı Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.

2007-ci ilin 28 avqustunda İlham Əliyev FHN əsgərlərinin hərbi geyimi, xüsusi rütbəsi olan əməkdaşların geyimi və fərqləndirici nişanlar haqqında əsasnamənin təsdiqinə dair sərəncam verib.

Xəbər lenti

Xəbər lenti