...

Bəsrənin İraq ordusuna təhvil verilməsi sınaq xarakterlidir- İraq politoloqu

Siyasət Materials 19 Dekabr 2007 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı / "Trend müxbir R.Hafizoğlu/ Bəsrənin Britaniya ordusundan İraq ordusuna təhvil verilməsi İraq höküməti və Amerikanın razılığı ilədir.

"Britaniya ordusunun Bəsrəni İraq ordusuna təhvil verməsi İraq höküməti ilə Amerikanın razılığı əsasındadadır və bu, sınaq xarakteri daşıyır" - ərəb politoloqu Əbdülvəhhab əl-Məssiri bildirib.

Dekabrın 19-da Misirli politoloq Qahirədən Trend -ə telefonla bildirib ki, İraq daxilində yerli müqavimət dəstələrində olduqca sağlam qüvvələr var.

"Britaniya qüvvələrinin Bəsrəni İraq ordularına təhvil verməsini koalisiya qyvvələrinin fiaskosu kimi dəyərləndirmək doğru deyil.Bəsrənin təhvil verilməsi bir çox səbəblərdən ola bilər.Zənnimcə, Bəsrənin İraq ordusuna təhvil verilməsi sınaq xarakterlidir və bu, məntəqədə stabilliyin pozulmasına o qədər də təsir etməyəcək. Aydın məsələdir ki, koalisiya qüvvələri İraqdan tam çıxmayıb və yaxın 10 ildə bunu gözləmək siyasi savadsızlıqdır. Britaniya qüvvələrinin istədikləri vaxt Bəsrədə nəzarəti ələ almaları mümkündür. İraq ordlusu yerli müqavimət dəstələrinə qarşı mübərizə aparmaq iqtidarında deyil. Bu isə, öz növbəsində, müxtəlif səbəblərlə bağlıdır. Ən başlıcası isə, hərbi təchizat baxımından İraq ordusunun koalisiya qüvvələrindən daha zəif olmasıdır.Başqa bir səbəb isə, İraq ordusunda yerli müqavimət dəstələri ilə əlbir qüvvələrin olması faktıdır.Bir məsələni xüsusilə qeyd etmək istərdim ki, İraq müqavimət dəstələrində olduqca sağlam və İraqda baş verən hadisələrə birbaşa təsir imkanına malik qüvvələr var.

İraq höküməti "PKK"-nı rəsmən terrorçu təşkilat kimi tanısa da,bu günədək "PKK" əleyhinə heç bir ciddi addım atmaması çox həssas bir məsələdir.Səddam hökümətinin devrilməsindən sonra İraqda keçirilən bütün seçkilər ABŞ-ın birbaşa nəzərəti altında keçirilir. Maliki hökuməti isə, formal xarakter daşıyır və bu hökümətin özbaşına hər hansı bir qərar verməsi mümün deyil. Zənnimcə, İraq hökümətinin "PPK"-nı terror təşkilatı kimi tanıması Türkiyənin gözündən pərdə asmaqdan başqa bir şey deyil. Maliki hökümətinin bundan sonra da "PKK" yaraqlılarına qarşı hər hənsı bir addım atacağı mümkün deyil. Çünki belə bir addımın atılması regionda yeni hərbi münaqişəyə gətirib çıxara bilər. İraq və Amerikaya isə, regionda mümkün qədər stabillik lazımdır.

"PKK" mövzusunda danışarkən Suriya və İranda olan kürd faktorunu unutmamalıyıq. İraq hökümətinin "PKK"-ya qarşı hər hansı bir addım atması, bu dövlətlərdə olan "PKK" yaraqlılarının İraq ərəzisinə soxulması ilə nəticələnə bilər."

Qeyd etmək lazımdır ki, dekabrın 16-dan etibarən, Türk ordusu İraqın şimalındakı "PKK" terrorçularına qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlayıb. Türk mətbuatının verdiyi məlumata görə, bu gün səhər saatlarında Turkiyə quru qoşunlarının Şimali İraqa girdiyi bildirilib.

Xəbər lenti

Xəbər lenti