...

Azərbaycan Prezidenti Misirin beynəlxalq əməkdaşlıq nazirini qəbul edib

Siyasət Materials 27 Dekabr 2007 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Prezident sarayında Misirin Beynəlxalq Əməkdaşlıq naziri xanım Faizə Əbu əl-Nəqənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident Əliyev Azərbaycan-Misir ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini bildirib. O, Misirə səfərini və orada keçirdiyi görüşləri xatırladaraq, əlaqələrin möhkəmlənməsində nazirin Bakıya səfərinin əhəmiyyətini vurğulayıb.

Xanım Əbu əl-Nəqə deyib ki, Prezident Hüsni Mübarək Azərbaycan Prezidentinin Qahirəyə səfərini yüksək dəyərləndirir və bu səfərdən sonra Misirlə Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etməsindən məmnundur.

Nazir Misir Prezidentinin məktubunu Azərbaycanın dövlət başçısına təqdim edib.

Xəbər lenti

Xəbər lenti