...

İndiki zamanda Kosovonun müstəqilliyinin qəbul edilməsi real deyil –-Azərbaycanın BMT-dəki daimi nümayəndəsi

Siyasət Materials 18 Yanvar 2008 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir S.Ağayeva / Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev hesab edir ki, indiki zamanda Kosovonun müstəqilliyinin qəbul edilməsi real deyil.

"Kosovoya müstəqilliyin verilməsini ABŞ, Böyük Britaniya və Fransa dəstəkləyir, lakin BMT-nin Təhlükəsizlik Şurası (TŞ) qərarı yalnız daimi üzvlərinin hamısının razılığı ilə qəbul edir" - BMT TŞ çərçivəsində Kosovonun statusunun təyin edilməsi məsələsini şərh edən Medtiyev elektron poçt vasitəsi ilə Trend ə bildirib.

BMT TŞ cümə axşamı BMT-nin Kosovodakı diplomatik heyətinin məruzəsini müzakirə edib. Rusiya Serbiyanın razılığı olmadan Kosovoya müstəqillik vermək haqqında qətnamənin qəbul edilməyəcəyini təsdiqləyib. TŞ-nin digər üzvləri - Çin, Vyetnam, Cənubi Afrika və Panama bu mövqeni dəstəkləyir.

ABŞ hesab edir ki, Marti Axtisaarinin albanların çoxluq təşkil etdiyi məmləkətə müstəqillik statusu verilməsi planı problemin yeganə həlli yoludur.

2007-ci il dekabrın 19-da qapalı iclasda Təhlükəsizlik Şurası tərəfindən üç beynəlxalq vasitəçilərin (Aİ, Rusiya, ABŞ) sonuncu məruzəsinin müzakirə edilməsindən, Kosovo prezidenti və Serbiya baş nazirinin çıxışları dinlənildikdən sonra məmləkətin statusu ətrafında siyasi problem yeni mərhələyə keçib. ABŞ və Avropa İttifaqının görüşlərinin nəticələrinə görə, bu məsələ üzrə beynəlxalq danışıqların potensialı artıq tükənib. Lakin Moskva hələ də danışıqların aparılmasını təkilif edib.

Xəbər lenti

Xəbər lenti