...

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirləri Bakıya toplaşacaqlar

Siyasət Materials 30 Yanvar 2008 09:09 (UTC +04:00)
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirləri Bakıya toplaşacaqlar

Azərbaycan, Bakı, 29 yanvar / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın diplomatları üçün ixtisasartırma məqsədi ilə xüsusi proqram həyata keçiriləcək.

Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev məlumat verib.

Onun sözlərinə görə, proqramın icrasına fevraldan başlanılacaq.

Paşayev həmçinin deyib ki, iyul ayında Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən bütün səfirləri Bakıya toplaşacaqlar və onlar üçün kurslar təşkil ediləcək.

Paşayev əlavə edib ki, rəhbərlik etdiyi akademiya üçün yeni bina tikiləcək. Onun sözlərinə görə, bunun üçün artıq müvafiq layihə hazırlanıb.

Paşayev həmçinin vurğulayıb ki, Azərbaycanın diplomatik sahədə çalışan əməkdaşlarının maaşlarının artırılmasına ehtiyac var.

Xəbər lenti

Xəbər lenti