...

Cənubi Qafqaz risk zonası olaraq qalmaqda davam edir - Aİ-nin xüsusi nümayəndəsi

Siyasət Materials 6 Fevral 2008 15:51 (UTC +04:00)
Cənubi Qafqaz risk zonası olaraq qalmaqda davam edir - Aİ-nin xüsusi nümayəndəsi

Gürcüstan, Tbilisi, 06 fevral/ Trend , müxbir N.Kirtsxalia/ Böyük irəliləyişlərə baxmayaraq, "dondurulmuş münaqişələr"in olması səbəbindən Cənubi Qafqazın adı əvvəlki kimi risk zonası kimi çəkilir. Bu barədə Avropa İttifaqının Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi bildirib.

"Mən Gürcüstana ilk dəfə 1992-ci ildə, ölkədə hələ də müharibələrin getdiyi dövrdə səfər etmişəm. Bu günədək də hazırda silahlı münaqişə olmasa da, Abxaziya və Cənubi Osetiyadakı vəziyyət əvvəlki kimi nizamlanmayıb" - çərşənbə günü Semnebi Tbilisidə keçirilən "Gürcüstanın Avorpa yolu - Gürcüstanda Avropa Qonşuluq Siyasəti üzrə fəaliyyət planının həyata keçirilməsi" beynəlxalq konfransında bildirib.

Semnebinin rəyinə görə, Gürcüstanda münaqişələrin həll edilməsi nöqteyi-nəzərindən irləliləyiş əhəmiyyətsiz dərəcədədir və münaqişələrin olması ölkədəki stabilliyə mane olur.

Avropa İttifaqının xüsusi nümayəndəsi 2008-ci ilin həm Gürcüstan, həm də Rusiyada seçkilər ili olduğunu və münaqişənin həllində yeni metodlardan istifadə üçün imkan yarandığını qeyd edib. "Düşünürəm ki, Rusiyanın mövqeyi və Federasiyadkı seçkilər Gürcüstan üçün mühüm olacaq" - Semnebi əlavə edib.

Diplomatın sözlərinə görə, Avropa İttifaqı münaqişəli regionlarda infrastrukturun inkişafında öz rolunu artıracaq. Semnebi Avropa İttifaqının regionların Avropa Qonşuluq Siyasətinə daha fəal qoşulmasına yardım edəcək bəzi tədbirlər hazırladığını bildirib.

Xəbər lenti

Xəbər lenti