...

İKT müstəqilliyin elan edilməsi məsələsində Kosovonu təsdiqləyir

Siyasət Materials 20 Fevral 2008 18:00 (UTC +04:00)
İKT müstəqilliyin elan edilməsi məsələsində Kosovonu təsdiqləyir

Azərbaycan, Bakı, 20 fevral/ Trend , müxbir A.Qasımova/ İslam Konfransı Təşkilatı müstəqillik məsələsində Kosovo ilə həmrəydir və onu tam dəstəkləyir. Bu barədə təşkilatın baş katibi Ekmələddin İhsanoğlu məlumat verib.

Kosovo parlamenti yekdilliklə diyarın müstəqilliyi haqqında Bəyannaməni təsdiqləyib. Belqrad diyarın müstəqilliyinin elan edilməsi aktını qanunsuz olduğunu bildirib və beynəlxalq ictimaiyyəti "onu, beynəlxalq hüquqa zidd kimi ləğv etməyə" çağırıb. Rusiya bildirib ki, Kosovonun müstəqilliyinin elan edilməsinin ləğvinə, həmçinin, Kosovo əhalisinin diyarın Serbiyadan ayrılmasını dətsəkləməyən hissəsinin təhlükəsizliyinə təminat verilməsinə təkid edəcək.

"Kosovo, nəhayət , öz xalqının uzun mübarizəsindən sonra müstəqilliyini elan edib. Biz Kosovo xalqının sevincini bölüşürük və onlara öz həmrəylik və dəstəyimizi bildiririk", - çərşənbə günü Trend -a İKT-nin mətbuat xidmətindən İshanoğlunun söylədiyini bildiriblər.

Baş katib İKT-nin Kosovo xalqına güclü və çiçəklənən dövlətin qurulması uğrunda yeni döyüşdə uğurlar arzuladığını bildirib.

Xəbər lenti

Xəbər lenti