...

Bakıda mer seçkilərinin keçirilməsinə ehtiyac yoxdur - Parlamentin komissiya sədri

Siyasət Materials 28 Fevral 2008 15:40 (UTC +04:00)
Bakıda mer seçkilərinin keçirilməsinə ehtiyac yoxdur - Parlamentin komissiya sədri

Azərbaycan, Bakı, 28 fevral/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin komissiya sədri hesab edir ki, Bakı şəhərinin bələdiyyəsinin yaradılmasına və paytaxtda mer seçkilərinin keçirilməsinə ehtiyac yoxdur. "Bakı həddindən artıq böyük şəhərdir. Ona görə də indiki dövrdə Bakının ümumi bələdiyyəsini yaratmaq tezdir" - deyə cümə axşamı jurnalistlərə açıqlamasında Parlamentin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə bildirib.

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi ötən il Bakı şəhərinin bələdiyyəsinin yaradılması və mer seçkilərinin keçirilməsinə dair tövsiyə verib.

Rəhimzadə bildirib ki, Azərbaycanda rayon bələdiyyələrinin işinin təkmilləşməsini və özünü doğrultmasını gözləmək lazımdır: "Azərbaycanda böyük şəhər bələdiyyələrinin, o cümlədən Bakı bələdiyyəsinin yaradılmasını süni şəkildə sürətləndirməyə ehtiyac yoxdur".

Komissiya sədri qeyd edib ki, Bakı şəhərinin statusunun müəyyənləşdirilməsi və mer seçkilərinin keçirilməsi məsələsi də gündəmdə deyil. Onun sözlərinə görə, yaxın vaxtlarda bu baş verməyəcək.

"Çünki Bakının kifayət qədər yüksək statusu var. İlk əvvəl bu status çərçivəsində Bakı şəhəri özünü təsdiq etməlidir. Bundan sonra yeni bir mərhələ başlaya bilər" - deyə komissiya sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti