...

Azərbaycan 2008-ci il: azad vətəndaşlar, liberal iqtisadiyyat, məsuliyətli dövlət- Prezidentin İcra Aparatı Departamentinin rəhbəri

Siyasət Materials 5 Mart 2008 19:28 (UTC +04:00)
Azərbaycan 2008-ci il: azad vətəndaşlar, liberal iqtisadiyyat, məsuliyətli dövlət- Prezidentin İcra Aparatı Departamentinin rəhbəri

Azərbaycan Prezidenti İcra Aparatı yanında Siyasi Araşdırmalar və İnformasiya Təminatı Departamentinin rəhbəri Elnur Aslanovun "Todays Zaman" qəzetinə verdiyi müsahibədə deyilir ki, müasir dünya nizamı bəzi əlavə amillərlə xarakterizə olunur. Onun sözlərinə görə, ilk amil-inteqrasiyadır. 1984-cü ildə qloballaşmanın əsasını qoyan Roland Robertsonun dediyi kimi, "bütün dünyaya yayılaraq, insan həyatının hər sahəsini əhatə etmək". Digər amil -- yaşadığımız sosial-mədəni reallıqların transformasiyasıdır. Üçüncü amil- "azadlıq"sözünün yeni tərzdədərk olunmasıdır.

"Hazırda bu üç amil beynəlxalq birliyin bütün üzvlərinə presedentsiz dünya iqtisadiyyatının və maliyyə strukturunun yaradılmasına imkan verir. İnformasiya və rabitə texnologiyalarından asılı vəziyyətə salaraq, həyatımıza müasir və postmüasir anlayışları gətirir" - məqalədə deyilir.

Aslanovun fikrincə, beynəlxalq dünya nizamının bu şərtləri altında postsovet məkanı ölkələri var ki, iki on illik zaman çərçivəsindən əvvəl yaşama hüquqlarını sübut etməyə çalışıblar.1991-ci ildə Azərbaycan müstəqilliyə nail olduqdan sonra, qısa anarxiya və daxili nizamsızlıq dövründən keçib. "Azərbaycan bir çox dəyərlər kontekstində milli inkişaf strategiyaları axtarırdı. Bu, millətin inkişafında əsas amillərdən birinə çevrildi. Birincisi -- ölkənin inkişafı, ikincisi -- stabil və effektiv inkişafın tətbiqi" - məqalədə yazılır.

Onun sözlərinə görə, son illər Azərbaycan iqtisadiyyatında liberal dəyərlərin artması açıq-aydın nəzərə çarpır. "Azadlıq bizim yeganə prioritetimiz deyil. Biz çalışırıq ki, hər bir vətəndaş dövlət qarşısında məsuliyyətini anlasın. Bu, insanın özünü təhlükəsiz və müdafiə olunmuş hiss etdiyi bir ölkə üçün realdır. Bizim strategiyamız bu həqiqətlər üzərində qurulub"- deyə Aslanov qeyd edib.

Onun fikrincə, bütün cəmiyyətlərdə demokratiyanın yaranması müəyyən vaxt tələb edir. Ona görə də, bu məsələyə fərdi yanaşma vacibdir. Cəmiyyət demokratiyanı iqtisadi inkişaf və iqtisadi struktur yolu ilə əldə etməlidir. O, Franklin Ruzveltdən sitat gətirir: "Ehtiyac və azadlıq bir araya sığmaz."

" Son illərdə demokratikləşmənin qlobal dalğalarının şahidi olmuşuq. Biz İraq və Əfqanıstan ölkələrinin "demokratikləşdirilməsi"ni görmüşük. İndi isə, İranın və ola bilsin ki, başqa bir Şərq ölkəsinin növbəsidir." - məqalədə deyilir.

Aslanovun fikrincə, 2008-ci il Azərbaycanın tarixi inkişafında mühüm mərhələdir. "Bu il ölkə öz rəhbərini seçəcək. Bu, sayca altıncı prezident seçkisi olacaq. Hər yeni seçki -- ölkəni demokratik inkişafını demokratik transformasiyanın daha yüksək səviyyəsinə qaldıran bir testdir"- o qeyd edib.

Departament rəhbərinin sözlərinə görə , demokratiya mürəkkəb prosesdir. İndi inamla demək olar ki, Azərbaycan milli- demokratik inkişafın üç amili --azad vətəndaş, liberal iqtisadiyyat və məsuliyyətli dövlət amilinə söykənərək, addımlar atır. Bu üç amil Milli İnkişaf Strategiyasının uğurlu gələcəyinə zəmanət verir"- məqalədə deyilir.

Xəbər lenti

Xəbər lenti