...

Hakim partiyanın qəzetinə yeni baş redaktor təyin edildi

Siyasət Materials 7 Mart 2008 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart / Trend , müxbir Q.Cəbiyev, S.İlhamqızı/ Hakim Yeni Azərbaycan Partiyasının mətbu orqanı olan "Yeni Azərbaycan" qəzetinə yeni baş redaktor təyin edilib. Bu barədə Trend ə YAP-ın mətbuat xidmətindən məlumat verilib.

YAP-ın İdarə Heyətinin bu gün keçirilən iclasında qəzetə Hikmət Babaoğlunun baş redaktor təyin edilməsi barədə qərar çıxarılıb.

Hikmət Babaoğlu YAP Siyasi Şurasının üzvüdür. O, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbəri olub, YAP-ın mərkəzi aparatında siyasət şöbəsində çalışıb. Hazırda Bakı Dövlət Universitetinin müəllimidir.

YAP-ın İdarə Heyətinin fevralın 28-də keçirilən iclasında "Yeni Azərbaycan" qəzetinin fəaliyyəti təhlil edilmiş, Alqış Həsənoğlunun qəzetin baş redaktoru vəzifəsin azad edilməsi barədə qərar çıxarılmışdı.

Xəbər lenti

Xəbər lenti