...

Yunanıstanın iqtisadi inkişaf nazirinin Azərbaycana səfər tarixi açıqlanıb

Siyasət Materials 14 Mart 2008 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir K.Ramazanova/ Yunanıstanın iqtisadi inkişaf naziri Xristos Folias (Christos Folias) martın 16-17-də Azərbaycana səfər edəcək. Bu barədə Yunanıstanın Azərbaycandakı səfirliynin mətbuat xidmətindən məlumat verilib.

Nazir Azərbaycana ölkənin sənaye və energetika naziri Natiq Əliyevin dəvəti ilə gələcək..

Folias səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə, Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Heydər Babayev, ARDNŞ prezidenti Rövnəq Abdullayev, maliyyə naziri Samir Şərifovla görüş keçirəcək.

Xəbər lenti

Xəbər lenti