...

"Azadlıq" bloku Məclisinin iclası keçiriləcək

Siyasət Materials 14 Aprel 2008 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir S.İlhamqızı/ "Azadlıq" blokunun Azərbaycandakı ictimai-siyasi vəziyyətə və bu ilin otkyabrında keçiriləcək prezident seçkisinə dair geniş müzakirələr aparması üçün, blokun Məclisinin sessiyası çağırılacaq. Bu barədə Trend a blokun həmsədri Əli Əliyev açıqlama verib.

Onun sözlərinə görə, blok liderləri Məclisin sessiyasının may ayında keçirilməsini nəzərdə tuturlar.

Məclisin sessiyasında "Azadlıq" blokunun prezident seçkisində iştirak edib-etməməsinə dair qərarı çıxarıla bilər.

Əliyevin sözlərinə görə, blok hazırkı şəraitdə seçkidə iştirakı məqsədəuyğun saymır, çünki hesab edir ki, demokratik mühit yaradılmasa, namizədlərin real şansını müəyyən etmək mümkün olmayacaq.

"Mayda aparacağımız müzakirələrdə ölkədəki ictimai-siyasi vəziyyəti dəyişmək üçün görəcəyimiş işlərə dair planlarımız hazırlanacaq" - deyə Əliyev qeyd edib. O, blokun planları barədə təfərrüatlı açıqlama verməyib.

"Azadlıq" blokunda üç müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti