Azərbaycan, Bakı, 12 may/ Trend / Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Ukraynanın ölkəmizə yeni təyin olunmuş səfiri Boris Klimçuku qəbul edib. Bu barədə XİN mətbuat xidmətindən bildiriblər.
Tərəflər mayda Kiyevdə keçiriləcək enerji sammitinə hazırlıq, Azərbaycan prezidenti İlham Əliyevin Kiyevə mayda səfəri zamanı imzalanacaq bir sıra sənədlər, GUAM daxilində əməkdaşlıq, birgə enerji layihələri və Xəzər, Qara dəniz və Baltik dənizini birləşdirən nəqliyyat dəhlizi layihəsinin perspektivləri məsələlərinə toxunublar. Bakının görməli yerlərindən birində Ukrayna şairi TarasŞevçenkonun xatirəsinə heykəlin ucaldılmasına görə təşəkkürünü bildirən səfir etimadnaməsinin surətini nazirə təqdim edib.