...

Sevastopolun Rusiyaya qaytarılması real deyil – rusiyalı və ukraynalı ekspertlər

Siyasət Materials 26 May 2008 18:55 (UTC +04:00)

Ukrayna, Kiyev, 26 may/ Trend , müxbir A.Qasımova/ Ekspertlər hesab edirlər ki, Moskvanın Qaradəniz donanmasının yerləşdiyi Ukraynanın Sevastopol şəhərinin qaytarılması haqqında məsələni qaldırması həqiqətdə real deyil. "Rusiyanın Sevastopolun qaytarılması haqqında məsələni ciddi qoyacağına dair söhbətlər bir növ piardır", - rusiyalı politoloq Vladimir Pribılovski hesab edir.

Federasiya Şurasının Sergey Mironov Rusiyanın Sevastopolun qaytarılmasına dair məsələ qaldıracağını istisna etmir. Bu barədə bazar ertəsi RBK-a məlumat verib. Ukrayna prezidenti Viktor Yuşşenkonun 2017-ci ilə RF Qara Dəniz donanmasının Sevastopolu tərk etməli olduğuna dair bəyanatını şərh edən Mironov jurnalistlərə bildirib ki, bu gün Federasiya Şurasının profilli komitələrinə "RF Qaradəniz donanması üzrə qanun layihəsinin hazırlanmasının məqsədəuyğunluğu haqqında düşünməyi" tapşıracağını bildirib. O vurğulayıb ki, Rusiyanın Qara Dəniz donanmasına dair məsələlərin qanunvericilik baxımından həllini tələb edən aspektlər var.

"Sevastopolun qaytarılması haqqında söhbətlər, bir vaxtlar Lujkov tərəfindən olduğu kimi, Mironov tərəfindən də piardır", - "Panorama" analitik mərkəzinin direktoru Pribılovski bazar ertəsi telefonla Moskvadan Trend -a bildirib. Onun sözlərinə görə, belə bəyanatlar Rusiya və Ukrayna arasında onsuz da pis münasibətləri daha da pisləşdirəcək.

"Bütün bunlar onunla bitəcək ki, Ukrayna Mironovada ölkəyə daxil olmağı qadağan edəcək. Rusiya isə öz növbəsində onların nazirlərinə öz ərazisinə daxil olmağı qadağan edəcək", - Pribılovski əlavə edib.

Ukrayna eksperti Andrey Yermolayevin rəyinə görə, Sevastopolun Rusiyaya qaytarılması mümkün deyil. "Ukraynanın tərkibindəki istənilən yaşayış məntəqəsinə yenidən baxılması mümkün deyil. Sevastopol 1991-ci ildən Ukraynanın tərkibindədir və onun ərazisidir", - "Sofiya" sosial tədqiqatlar mərkəzinin prezidenti Andery Yermolayev bazar ertəsi telefonla Kiyevdən Trend -a bildirib.

Onun rəyinə görə, Mironovun bəyanatı Ukrayna hakimiyyətinin mövqeyinə siyasi təzyiq alətidir. "Moskva əhalisinin onsuz da Rusiyaya qarşı xeyirxah olduğu Krımda rusmeylli əhval-ruhiyyənin möhkəmlənməsindən əlavə, heç bir şeyə nail olmayacaq", - Yermolayev bildirib.

Ukraynanın Xarici İşlər Nazirliyində Rusiya Federasiya Şurasının Sədri Sergey Mironovun Sevastopola dair bəyanatını öyrənirlər. Bu barədə Trend -a bazar ertəsi Ukrayna XİN mətbuat xidmətindən məlumat veriblər.

"Sabaha Ukrayna XİN mətbuat xidmətinin rəhbəri Vasili Kirilliçin press-brifinqi planlaşdırılıb. Bu press-brifinqdə bu məsələ üzrə mövqeyin açıqlanacağı mümkündür", - XİN-in mətbuat xidmətindən bildiriblər.

1993-cü ilin iyulunda Rusiya Dövlət Duması artıq Sevastopolun Rusiyaya məxsus olduğunu bəyan edib. Lakin, Ukrayna Sevastopolun statusunu və ərazi baxımından Ukraynaya məxsus olmasını təsdiqləmək xahişi ilə BMT Təhlükəsizlik Şurasına müraciət edib. Müraciətə reaksiya verən BMT TŞ 1993-cü il 20 iyul qərarı ilə Ukraynanın ərazi bütövlüyünü tanıyıb və Rusiya parlamentinin hərəkətlərini BMT prinsipləri və Nizamnaməsinə, Ukrayna və Rusiya arasında müqaviləyə zidd adlandırıb.

Xəbər lenti

Xəbər lenti