...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Siyasət Materials 29 May 2008 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 28-də saat 13.25-dən 22.02-dək ara-sıra Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki mövqelərini, saat 10.05-dən 22.30-dək fasilələrlə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Tapqaraqoyunlu və Borsunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 10.20-dən mayın 29-u saat 00.45-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdülrəhmanlı və Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 21.50-dən 22.05-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti