...

Türkiyənin fövqəladə hallar naziri Bakıda danışıqlar aparacaq

Siyasət Materials 12 İyun 2008 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir M.Əliyev / Türkiyənin Fövqəladə Hallar Nazirliyinin rəhbəri Faruk Ozak çərşənbə günü Azərbaycana rəsmi səfərə gəlib. Bu haqda Trend -a Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirin azərbaycanlı həmkarı Kəmaləddin Heydərovla görüşündə əməkdaşlığın inkişafı üzrə danışıqların aparılacağı nəzərdə tutulur.

Səfirliyin məlumatına əsasən, türkiyəli nazir iki günlük səfəri zamanı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nəzdində fəaliyyət göstərən Tikinti Təhlükəsizliyi üzrə Agentliyə baş çəkəcək və türkiyəli iş adamları ilə görüşəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti