...

AŞPA Azərbaycanda problemlərin qalmayacağına ümid edir – Monitorinq Komitəsinin sədri

Siyasət Materials 24 İyun 2008 15:33 (UTC +04:00)
AŞPA Azərbaycanda problemlərin qalmayacağına ümid edir – Monitorinq Komitəsinin sədri

Fransa, Strasburq, 24 iyun / Trend , müxbir A.Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin sədri Serqey Qolovatı hesab edir ki, gələn il artıq Azərbaycanda insan haqları, qanunun aliliyi, azad seçki məsələləri ilə bağlı hər hansı problemin müzakirəsinə ehtiyac qalmayacaq.

"Ümid edirik ki, 2009-cu ildə AŞPA-da bu məsələləri yenidən gündəmə gətirməyə zərurət olmayacaq", - deyə Qolovatı çərşənbə axşamı AŞPA-nın sessiyasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair həmməruzəçilərin indiki məqamda məruzə hazırlaması müxtəlif suallar yaradıb: "Məsələn, nəyə görə məruzə məhz prezident seçkisindən 4 ay əvvəl müzakirə olundu. Bütün bu məsələlər Monitorinq Komitəsində müzazkirə edilib. Əgər Azərbaycan haqqında 7-8 məruzə hazırlanırsa, bu, bizim səhvimiz deyil. Elə etmək lazımdır ki, ölkədə demokratiya, hüquqi dövlət və qanunun aliliyi, insan haqlarına hörmət edilsin" - deyə Qolovatı bildirib.

O, əlavə edib ki, gələn il Azərbaycanla bağlı müzakirələr aparılmamasına, əgər seçkilərdə qanun pozuntuları olsa belə, onlardan danışılmayacağına ümid bəsləyir: "Bu isə Azərbaycan hökumətinin istəyindən asılıdır" - deyə AŞPA rəsmisi bildirib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti