...

Azərbaycan Əfqanıstandakı sülhməramlı kontingentini artırmaq niyyətindədir - NATO-nun nümayəndəsi

Siyasət Materials 28 İyun 2008 04:14 (UTC +04:00)
Azərbaycan Əfqanıstandakı sülhməramlı kontingentini artırmaq niyyətindədir - NATO-nun nümayəndəsi

Azərbaycan, Bakı. 28 iyun. / Trend , müxbir S.Ağayeva / Azərbaycan Əfqanıstandakı sülhməramlı kontingentini artırmaq niyyətindədir. Bu barədə cümə günü Bakıya səfərə gələn NATO-nun Baş katibinin xüsusi nümayəndəsi Robert Simmons jurnalistlərə açıqlamasında bildirib.

"NATO Azərbaycanın bu kimi təşəbbüsünü dəstəkləyir və ölkəyə bu istiqamətdə bütün texniki məsələlərin həllində kömək göstərməyə həzırdır", Simmons dedi.

Hazırda Əfqanistanda 50 azərbaycanlı sülhməramlı xidmət edir. Bu kontinentin artırılması məsələsi cümə günü Bakıda baş tutmuş prezident İlham Əliyevlə görüşdə müzakirə olunub.

Azərbaycanlı sülhməramlılar həmçinin İraqda, və son zamanlara kimi Kosovoda xidmət edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti