...

MDB ölkələr DİN rəhbərləri Şurasında Gürcüstan Azərbaycandan sədrliyi qəbul edib

Siyasət Materials 28 İyun 2008 15:02 (UTC +04:00)
MDB ölkələr DİN rəhbərləri Şurasında Gürcüstan Azərbaycandan sədrliyi qəbul edib

Gürcüstan, Batumi, 28 iyun / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan MDB ölkələri Daxili İşlər Nazirləri rəhbərləri Şrasının sədri olub. Bu gün Batumidə Şuranın iclasında sədrlik Azərbaycandan Gürcüstana keçib.

Azərbaycanın xarici işlər naziri Ramil Usubov iclasda sədrliyi gürcüstanlı həmkarı Vano Merabişviliyə verdiyini və Gürcüstanın cinayətkarlığa qarşı birgə mübarizəyə öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib.

MDB ölkələri DİN rəhbərləri rcinayətkarlığa qarşı mübarizə məsələlərini müzakirə edir. Xüsusilə də, virtual məkanda cinayətkarlıqla mübarizə üzrə daimi qaynar nazirlik xəttinin yaradılması nəzərdə tutulur.

Nazirlər yeni çağırış və təhlükələrə müqavimət, o cümlədən informasiya texnologiyalrı sahəsində cinayətkarlıqla mübarizədə səmərəliliyin yüksəldilməsi məsələlərini də müzakirə ediblər. Səylərin səmərəli koordinasiyası üçün MDB hüquq - mühafizə orqanları operativ olaraq informasiya mübadiləsi apara biləcəklər. Şuranın İnternet-saytı da yaradılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti