...

Azərbaycanın şimal-qərb regionuna güclü yağış yağıb

Siyasət Materials 1 İyul 2008 00:25 (UTC +04:00)

Azzərbaycan, Bakı, 1 iyul / Trend müxbir А.Qafarov/ İyunun 30-da Azərbaycanın şimal-qərb regionuna güclü yağış yağıb. Quba rayonunun Regional Hidrometereoloji Mərkəzinin direktoru Şahbala Salmanovun Trend -fa verdiyi xəbərə görə, ən güclü yağış Qubanın Xaltan kəndində müşahidə olunub. Burada 50 dəqiqə ərzində yağan yağıntıların həcmi 15 mm-dən çox olub.

İyunda Quba rayonunda yağıntilar normadan artiq olub. Aylıq normanın 50 mm olduğu halda ay ərzində yağan yağıntıların həcmi 75 mm təşkil edib.

Leysan yağışları həmçinin bölgənin digər rayonlarında da müşahidə olunub. Bunun nəticəsində Gödəkli, Qıraqlı və Qımılpalasa kəndlərində elektrik enerjinin verilməsi dayandırılıb. Xaçmaz Elektrik Şəbəkəsinin rəisi Hikmət Əsgərovun bildirdiyinə görə, bu kəndlərdə yüksək gərginlikli xətlər sıradan çıxıb. Elektrik enerjisinin bərpası iyulun 1-də günorta saatlarında gözlənilir.

Leysan yağışlar nəticəsində bölgənin dağ çaylarında suyun səviyyəsi artıb. Salmanovun sözlərinə görə, yağişli hava iyulun 2-dək davam edəcək. İyulun 2-dən 2-dək hava sabit keçəcək. İyulun 7-dən 15-dək isə yenidən yağış proqnozlaşdırılır.

Yağışlı hava bölgəyə gələn turistlərin sayına da mənfi təsir göstərib.

Xəbər lenti

Xəbər lenti