...

Azərbaycanda hər il orta hesabla 1000-dən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilir - daxili işlər naziri

Siyasət Materials 2 İyul 2008 12:35 (UTC +04:00)
Azərbaycanda hər il orta hesabla 1000-dən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilir - daxili işlər naziri

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir K.Zərbəliyeva/ Azərbaycanın daxili işlər naziri bəyan edib ki, ölkədə hər il orta hesabla 1000-dən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilir.

"Təxminən 10 il ərzində daxili işlər orqanları tərəfindən əhalidə qanunsuz saxlanılan 30 mindən artıq silah yığışdırılıb", Trend -unməlumatına görə, çərşənbə günü Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib.

Trend -un arayışı: Azərbaycanda son 10 ildə cinayətlərin açılması 61 faizdən 94,2 faizə qədər yüksəlib. Qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin miqdarı 4 dəfəyə yaxın artıb.

Usubov deyib ki, müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə və asayişin qorunmasında daxili işlər orqanlarının 82 əməkdaşı həlak olub, 1300 nəfər xəsarət alıb.

İyulun 2-si Azərbaycanda Polis Günü kimi qeyd edilir. Bu il Azərbaycan polisinin yaranmasının 90 illiyidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti