...

İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi üçün xaricdə yaşayan azərbaycanlıların təşəbbüs qrupu yaradılıb

Siyasət Materials 3 İyul 2008 14:09 (UTC +04:00)
İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi üçün xaricdə yaşayan azərbaycanlıların təşəbbüs qrupu yaradılıb

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir E.Babayev/ Azərbaycan prezidenti İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi üçün bu gün ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılar adından təşəbbüs qrupu yaradılıb.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtidaryönlü Ana Vətən və Sosial Rifah partiyaları da seçkidə İlham Əliyevin namizədliyini müdafiə etmək qərarı veriblər.

İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

Trend -un məlumatına görə, bununla bağlı cümə axşamı keçirilən mətbuat konfransında Təşəbbüs Qrupuna qoşulan Almaniyanın Franfurkt Universitetinin müəllimi İbrahimxəlil Balayev deyib ki, ötən beş ildə Azərbaycan təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə önəmli uğurlar qazanıb. Ən mötəbər təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. Bütün bu uğurlar prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici və daxili siyasətin təzahürüdür. Balayev hesab edir ki, yaxın vaxt ərzində dünya azərbaycanlılarının təşəbbüs qrupuna daxil olan üzvlərin sayı artacaq.

Toplantıda təşəbbüs qrupunun üzvləri ABŞ Azərbaycanlıları Şəbəkəsinin müdiri Adil Bağırov, Macarıstanda yaşayan politoloq Vüqar Seyidov, Benilyuks Azərbaycanlıları Konqresinin rəhbəri Sail Qasımov telefon vasitəsilə tədbirə qatılıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti