...

Avropa Şurasının Venesiya Komissiyası Azərbaycan müxalifətini prezident seçkisində iştiraka çağırıb

Siyasət Materials 15 İyul 2008 10:36 (UTC +04:00)
Avropa Şurasının Venesiya Komissiyası Azərbaycan müxalifətini prezident seçkisində iştiraka çağırıb

Azərbaycan, Bakı, 15 iyul/ Trend , müxbir E.Babayev/ Avropa Şurası Azərbaycan müxalifətini prezident seçkilərində iştiraka çağırıb.

"Bütün dünyada siyasi oyun qaydaları var, hər bir siyasi qüvvə seçki prosesində mütləq iştirak etməlidir", çərşənbə axşamı Bakıda səfərdə olan Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio jurnalistlərə bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtidaryönlü Ana Vətən və Sosial Rifah partiyaları seçkidə İlham Əliyevin namizədliyini müdafiə etmək qərarı veriblər.

Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib

İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb.

Bukikkionun sözlərinə görə, müxalifət seçkilərə qatılmaqla ictimaiyyətə göstərməlidir ki, fəaldır. "Azərbaycanda prezident seçkisi yaxşı test olacaq. Azərbaycan dünyaya demokratik seçki keçirməyə qadir olduğunu göstərə bilər", Venesiya Komissiyasının katibi əlavə edib. Onun fikrincə, Seçki Məcəlləsi ideal olmasa da, demokratik seçkinin keçirilməsi üçün yetərlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti